Fariz İsmayılzadə xarici tələbələrin viza problemi ilə bağlı təklif verdi
Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək
“Bu, Azərbaycanın hüquqi ədalət, institusional cavabdehlik prinsipinə əsaslandığını göstərir”
Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur
11:05
413
Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən A.Q. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən N saylı hərbi hissədə baş verib. Əsgər S.H. diş ağrısı ilə əlaqədar tibb məntəqəsinə müraciət edib.
İttihama görə, əsgərdə “kəskin infeksion miokardit” xəstəliyinin son inkişaf mərhələsi olsa da, həkim yalnız onun ağız boşluğunu müayinə etməklə və dərman təyin etməklə kifayətlənib.
Gecə saatlarında özünü pis hiss edən əsgər ürək döyüntülərinin şiddətləndiyini əsgər yoldaşına bildirib. Səhər saatlarında şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib. O, sanitar qovşağa getmək istəyərkən yıxılaraq vəfat edib.
Həkimə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
12:04
147
11:47
287
11:46
301