“Ermənistanın Azərbaycan xalqından üzr istəməsi olduqca vacib məsələdir” Gündəm

“Ermənistanın Azərbaycan xalqından üzr istəməsi olduqca vacib məsələdir”

“Ermənistanın milli ideoloqlarının, əvvəlki rəhbərlərinin, eyni zamanda, SSRİ rəhbərliyinin Ermənistan milliyyətçilərinin dəstəyi nəticəsində Azərbaycan müharibəyə düçar oldu”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə söyləyib ki, müstəqilliyimiz bərpa edildikdə dinc quruculuq prosesləri ilə məşğul olmaqdansa, 30 il ərzində biz ərazi bütövlüyü, məcburi köçkün problemi yaşadıq: “Bunu bizə yaşadan Ermənistan cəmiyyəti, erməni millətçiləri oldu. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı bu hərəkətinə görə üzr istəməsi olduqca vacibdir. Necə ki, İkinci dünya müharibəsindən sonra Almaniyanın yeni hökuməti bəşəriyyətdən faşizmə görə üzr istədi və Ermənistan hakimiyyəti də, Ermənistan xalqı, cəmiyyətinin ayrı-ayrı nümayəndələri də bizə qarşı etdikləri barbarlıqlara, dağıntılara, böyük insan itkisinə görə Azərbaycan xalqından üzr istəməsi olduqca vacib bir məsələdir”.

Röya İsrafilova