10:23
574
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2110"un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
11:46
308
11:29
371
10:37
560