İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır Dünya

İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır

İtaliya Körfəzə Hava Hücumundan Müdafiə sistemləri göndərməyi planlaşdırır.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə İtaliya Baş naziri Ciorcia Meloni deyib.

“Böyük Britaniya, Fransa və Almaniya kimi, İtaliya da Körfəz ölkələrinə yardım göndərmək istəyir. Xüsusilə də havadan müdafiə sahəsində”,- Meloni qeyd edib.

O əlavə edib ki, regionda İtaliya vətəndaşlarını və 2000-ə qədər İtaliya hərbçisini qorumaq vacibdir.