Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 17:38
2 296
Naxçıvanda çaylardan sel keçib.
APA-nın yerli bürosu xəbər verir ki, muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.
Məlumata görə, Naxçıvançay (Qarababa), Gilançay (Nurgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb. Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel daşqınları müşahidə olunub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır.

