Prezident Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb
İran 12 avqustda Xəzəryanı ölkələrin sammitini keçirməyə ümid edir
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb
11:11
602
Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumata görə, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.