Mark Rutte: ABŞ İrana qarşı hərbi əməliyyatda Avropadakı bazalardan 4-5 min uçuş həyata keçirib
Azərbaycan BMT-nin UNECE Komitəsinin rəhbərliyində təmsil olunacaq
Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub
İsrail Qəzzada HƏMAS-ın dörd döyüşçüsünün zərərsizləşdirildiyini bildirib
09:00
1 267
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibəti ilə daxili işlər orqanları əməkdaşlarına təbrik ünvanlayıb.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir:
“Əziz polis əməkdaşları,
Sizi Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibət ilə təbrik edirəm!
Daxili işlər orqanları ictimai asayişin və dövlətimizin təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk qərarlardan biri ölkənin daxili işlər orqanlarının formalaşdırılması oldu və yeni qurulmasına baxmayaraq, fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük uğurlara imza atdı.
Bu gün də Azərbaycan daxili işlər orqanları öz sələflərinin yolunu ləyaqətlə davam etdirir.
Azərbaycan polisi Vətən müharibəsində qəhrəmanlıq göstərib, şəhid və qazi olub. Göstərdikləri şücaətə görə Prezident tərəfindən yüksək dövlət təltiflərinə layiq görülüblər.
Unutmamalıyıq ki, dünyada davam edən gərgin geosiyasi vəziyyət getdikcə daha da ağırlaşır. Bunun nəticəsi olaraq ölkəmiz də müxtəlif təhdidlərlə üz-üzə qalır. İqtisadi, siyasi, ideoloji hücumların artdığı bir dönəmdə asayiş keşikçilərinin məsuliyyəti də artır. Müxtəlif təxribatçı dairələr tərəfindən polis əməkdaşlarında özünə hörmət hissinin itirilməsi, onların demoralizasiya edilməsi üçün, o cümlədən ölkəmiz əleyhinə sistemli gözdənsalma kampaniyası aparılır, xalqın polisə inamının sarsılması üçün ciddi cəhdlər edilir. Bu gün Azərbaycan polisinin peşəkarlığı, vətənpərvərliyi imkan verir ki, hər cür təxribatın qarşısı vaxtında alınsın.
Təsadüfi deyil ki, islahatların genişləndirilməsi, mülki cəmiyyət, hüquqi dövlət quruculuğu, ölkəmizin daha da inkişaf etdirilməsi üçün ölkəmizdə aminamanlıq, təhlükəsizlik və sabitlik tam təmin edilib.
Bu gün Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərimiz daxil olmaqla ölkəmizin bütün bölgələrində xidməti vəzifələrini layiqincə yerinə yetirir.
Dəyərli asayiş keşikçiləri, Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli işlərinizdə uğurlar arzulayıram!”.
30 İyun 17:36
1 841
30 İyun 16:28
1 547
30 İyun 16:25
1 624