17:27
665
“STEAM Azərbaycan və rəqəmsal bacarıqlar istiqamətində həyata keçirilən layihələr mühüm əhəmiyyət daşısa da, artıq bu təşəbbüslər pilot mərhələdən çıxaraq daha geniş miqyasda tətbiq olunmalıdır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert bildirib ki, son illərdə STEAM layihəsi çərçivəsində əhatə olunan məktəblərin sayı artsa da, əsas məsələ kəmiyyət deyil, nəticələrin və təsirin ölçülməsidir:
“10 il əvvəl STEAM Azərbaycan yalnız müəyyən sayda məktəbləri əhatə edirdi. Bu gün həmin say artır. Lakin burada əsas məsələ yalnız artım deyil, layihənin nə qədər kütləviləşməsi, bölgələrdə necə tətbiq olunması və hansı nəticələr verməsidir.
Bu cür layihələrlə bağlı daha ətraflı hesabatlılığa ehtiyac var.
Hər il müəyyən tədbirlər keçirilir, statistika təqdim olunur, olimpiadalar və yarışlar təşkil edilir. Amma əsas sual budur: bu layihələr təhsil sisteminə konkret olaraq nə qazandırıb? Hansı mühüm nəticələr əldə olunub? Bu istiqamətdə daha geniş məlumatların ictimaiyyətə təqdim edilməsi vacibdir”.
Ekspert vurğulayıb ki, bölgələrdə STEAM mərkəzlərinin və kabinetlərinin yaradılması müsbət addımdır:
“Lakin bu fəaliyyətlərin uzunmüddətli nəticələri, şagirdlərin inkişafına və təhsil sisteminə təsiri daha aydın şəkildə göstərilməlidir. Çünki cəmiyyət bu layihələrin real faydasını bilmək istəyir”.
Günel Elxan
17:56
609
17:19
812
17:00
770