Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Əli Xameneinin cənazəsi xüsusi vida mərasimlərinin keçirilməsi üçün İraqa aparılacaq
17:56
742
Yeni orfoqrafiya lüğətini sentyabr-oktyabr aylarında hazırlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə təhvil verəcəyik.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib.
Nadir Məmmədlinin sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğəti izafət birləşmələrindən təmizlənir: “Azərbaycan dilində ərəb-fars sözlərinin izafət birləşmələri qalmaqdadır. Məsələn, “əhvali-ruhiyyə” sözünə izafət tərkibində “i” saiti artırılır. Ancaq biz buna milli söz kimi əhval-ruhiyyə deyə bilərik. Hazırda bu tip sözlərlə bağlı ciddi iş aparılır”.
Hazırda yeni orfoqrafiya lüğəti üzrə 175 280 söz üzərində iş getdiyini deyən İnstitut direktoru qeyd edib ki, yekunda bu say arta və ya azala bilər.
“Eyni zamanda əcnəbi dildən söz almaqdansa, sözü öz dilimizin daxilində, kökündə tapmaq lazımdır. Bu prosesə də diqqətlə yanaşırıq”, - Nadir Məmmədli vurğulayıb.
Professor orfoepiya lüğətinin hazır olduğunu və Nazirlər Kabinetinə təqdim edildiyini də bildirib.
“Lüğətin quruluşunda bəzi dəyişikliklər var. Nazirlər Kabineti orfoepiya qaydalarını təsdiqlədikdə, lüğət istənilən vaxt çapa hazır olacaq”, - o əlavə edib.