16:28
777
İran nümayəndə heyəti artıq iyulun 1-də Qətərlə İran aktivlərinin dondurulmasının açılması məsələsini müzakirə etmək üçün Dohaya gələ bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai məlumat verib.
"Çox güman ki, sabah Dohada Qətər tərəfi ilə İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması məsələsi müzakirə olunacaq", - deyə o, mətbuat konfransı zamanı bildirib. Bəqainin sözlərinə görə, bütün lazımi hazırlıq addımları artıq atılıb və Tehran bu məsələdə irəliləyiş əldə olunacağına ümid edir.
Məryəm Quliyeva
17:36
616
16:25
868
15:31
1 253