Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
21:58
707
Bakı Dövlət Universitetinin (BDU) tarixi adı ilk dəfə 1990-cı ildə bərpa olunub.
AzNews.az xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər.
“1989‐cu ildə görkəmli tarixçi alim Yaqub Mahmudovun dekan olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti”nin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul etdi və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırıldı. Elə həmin dövrdə tələbələr BDU-nun girişindəki “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universiteti” adlı lövhəni öz əlləri ilə söküb atdılar.
Çox keçmədən Tarix fakültəsi Elmi Şurasının qərarı öz nəticəsini verdi. Azərbaycan SSR Xalq Təhsili Nazirliyi universitetin tarixi adını bərpa etdi. Nazirliyin 1990-cı il 1 mart tarixli əmrində deyilirdi: “S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın”. Bu əmr BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 7 mart tarixli “R-15” saylı əmri ilə elan edildi. BDU-nun tarixi ilə bağlı bu mühüm sənəd tarixçi alimlər Ziyad Əmrahov və Samir İsmayılovun “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabında (Bakı, 2019) verilib (səh. 294)”, - deyə tarixçilər bildiriblər.