17:36
1 113
ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində həlak olmuş İranın ali lideri Ayətullah Əli Xameneinin cənazəsi şiə müsəlmanları üçün vida mərasimlərinin təşkil ediləcəyi İraqa aparılacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Esmail Bəqai Tehranda keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, iki ölkənin rəsmiləri artıq "mərasimlərlə bağlı məsələlər üzrə zəruri məsləhətləşmələr" aparıblar, İraqda isə İran tərəfi ilə koordinasiyanı təmin etmək üçün xüsusi komitə yaradılıb. Öz növbəsində, vida və dəfn mərasimlərinin təşkili üzrə qərargahın katibi Əli Əkbər Purcəmşidiyan mətbuat konfransı zamanı ayətullahın cənazəsinin iyulun 8-də İraqa göndəriləcəyini aydınlaşdırıb.
Əli Xameneinin cənazəsinin növbə ilə aparılacağı İraqın Kərbəla və Nəcəf şəhərləri şiələr üçün müqəddəs hesab olunur.
Məryəm Quliyeva
16:28
1 022
16:25
1 071
15:31
1 547