Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
21:26
700
Oman ABŞ və digər Qərb ölkələrinə Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq edilməsini nəzərdə tutan rəsmi təklif təqdim edib.
"Bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, təklif gəmiçilik şirkətlərindən boğazdan istifadəyə görə xidmət haqqının tutulmasını nəzərdə tutur.
NYT qeyd edir ki, İran və Oman Vaşinqtonun bu ideyaya açıq etiraz etməsinə baxmayaraq, sözügedən planı irəli sürməkdə davam edirlər.
Məlumata əsasən, ABŞ nümayəndə heyəti artıq müvafiq sənədi əldə edib və Məsqətlə bağlı narahatlıqlarını Oman tərəfi ilə müzakirə etməyi planlaşdırır.