22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
21 May 14:06
1 974
WUF13 bizə daha dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır.
Bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
O, gənclərin qarşısına çıxan problemlərdən danışıb.
“Həyata yeni addım atan, universitetə daxil olan, daha sonra iş axtarmağa başlayan gənclər var. Onlar yaşayış üçün ev axtarırlar və birdən anlayırlar ki, nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları var. Nəticədə onlar nə öz işlərini qura bilir, nə də təhsillərinə lazımi diqqət ayıra bilirlər. Bu vəziyyət bizə göstərir ki, bu insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir. UN-Habitat olaraq biz bu məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, “Gənclər 2030” baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur”, - Rossbax qeyd edib.
22 Avqust 15:54
763
22 Avqust 15:23
777
22 Avqust 11:07
861