16:38
525
Türkiyə təmsilçilərindən “Qalatasaray”ın hücumçusu Viktor Osimhen İngiltərə Premyer Liqasına keçə bilər.
“Teamtalk” nəşri xəbər verir ki, "Mançester Yunayted” nigeriyalı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmağa çalışacaq.
İngiltərə klubu bu transferlə məhsuldar hücumçu problemini həll etməyi planlaşdırır. Mümkün keçidin dəyəri 120 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Osimhen Türkiyəyə yollanmazdan əvvəl “Çelsi”nin də maraq dairəsində olub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
Nigeriyalı forvard 2025-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir.