İki gün əvvəl Kəngərlidə qəzaya düşən daha bir şəxs ölüb Hadisə

İki gün əvvəl Kəngərlidə qəzaya düşən daha bir şəxs ölüb

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb.

APA xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Rüqəyyə Seyidova bu gün xəstəxanada həyatını itirib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində onun avtomobildə olan 2010-cu il təvəllüdlü övladı da ölmüşdü.

Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.