Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
17:41
322
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan “Chevrolet” markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Vəliyev inzibati qaydada həbs edilib və onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.