Neplada həlak olanların sayı 626 nəfərə çatıb Gündəm

Neplada həlak olanların sayı 626 nəfərə çatıb

Neplada dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 626 nəfərə çatıb, 2,4 min nəfər isə itkin düşmüş sayılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nepladakı səfirliyi şənbə günü bildirib.

"Nepal hakimiyyətinin yenilənmiş məlumatlarına əsasən, daşqın nəticəsində təsdiqlənmiş ölənlərin sayı 626 nəfərə çatıb, 2,4 min nəfər isə itkin düşmüş hesab olunur. Rusiya vətəndaşlarına aid hissədə yeni məlumat yoxdur", — deyə məlumatda bildirilir.

Nepal Turizm İdarəsinin məlumatına görə, avqustun 28-i axşam saatlarına olan vəziyyətə əsasən xilas edilən xarici turistlərin sayı 121 nəfər təşkil edir. Onlardan 85-i Hindistan, 16-sı Çin, 9-u Cənubi Koreya, hər birindən iki nəfər olmaqla Rusiya, ABŞ və İtaliya, həmçinin hər birindən bir nəfər olmaqla Belçika, Bolqarıstan, Portuqaliya, İspaniya və İsveçrə vətəndaşlarıdır. Ümumilikdə siyahıda 36 ölkədən 743 səyahətçinin adı keçir. 622 vətəndaşın yeri hələ ki müəyyən edilməyib.

Avqustun 26-da Nepalın şimalına və Çinin həmsərhəd regionlarına güclü daşqın baş verib. Xüsusilə Rasuva rayonu ciddi zərər çəkib.

Məryəm Quliyeva