17:13
455
İstanbulda "Avropa üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan İran üzrə görüş təxirə salınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, təxirəsalınmaya iştirakçılardan birinin iş qrafikindəki uyğunsuzluq səbəb olub. Görüşün yeni tarixi hələ ki müəyyən edilməyib.
Əvvəllər DPA qeyd edirdi ki, Almaniya, Türkiyə, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri avqustun 30-da İstanbulda Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən olan həmkarları ilə görüşməli idilər. Danışıqların təşəbbüskarları Almaniya və Türkiyə tərəfləri olub. Nazirlərin, digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yollarını, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəkləri planlaşdırılırdı. İştirakçı ölkələr bu görüşün ABŞ-yə İranla danışıqları davam etdirməyin zəruriliyi barədə siqnal olacağını gözləyirdilər. Bundan əlavə, İstanbulda Qara dənizdəki vəziyyəti və Ukrayna taxılının ixracını da müzakirə etmək nəzərdə tutulmuşdu.
Məryəm Quliyeva