Zelenski: Rusiya ballistik raket istehsalını artırmağı planlaşdırır Dünya

Zelenski: Rusiya ballistik raket istehsalını artırmağı planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ballistik raket istehsalını genişləndirmək planları ilə bağlı yenilənmiş məlumatlara malik olduğunu bildirib.

Dövlət başçısı Ukraynanın buna qarşı mübarizə aparacağını vurğulayıb.

“Rusiyanın ballistik raket istehsalı və bu istehsalı genişləndirmək planları ilə bağlı yenilənmiş məlumatlarımız var. Buna qarşı mübarizə aparacağıq. Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etməsi vacibdir. Rusiyanın raket istehsalında istifadə etdiyi bütün resursların tədarükü tamamilə bloklanmalıdır”, - Zelenski vurğulayıb.

O qeyd edib ki, Rusiyanın ballistik raket istehsalı imkanına görə məsuliyyətin bir hissəsi onun tərəfdaşlarının da üzərinə düşür. Zelenskinin sözlərinə görə, xarici komponentlər olmadan Rusiya raket proqramını həyata keçirə bilməz.