ABŞ-Venesuela neft sazişi: Karakas 100 milyard dollar investisiya qazanacaq Gündəm

ABŞ-Venesuela neft sazişi: Karakas 100 milyard dollar investisiya qazanacaq

ABŞ Dövlət katibi Marko Rubio hesab edir ki, Vaşinqtonla bağlanan neft sazişi sayəsində Venesuela təxminən 100 milyard dollar məbləğində özəl investisiya və yeni iş yerləri əldə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rubio "X" sosial şəbəkəsində yazıb.

"Venesuela xalqı üçün bu saziş təxminən 100 milyard dollar məbləğində özəl investisiya, minlərlə yüksək maaşlı iş yeri gətirəcək və Venesuela iqtisadiyyatının bərpasına təkan verəcək", — deyə bildirib.

Əvvəllər ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Venesuela ilə tarixdəki en böyük neft sazişini bağladığını bəyan etmişdi.

Tramp dəqiqləşdirib ki, bu saziş sayəsində ABŞ "Amerikalı vergiödəyicilərinə heç bir xərc vurmadan" Venesuelanın 65 milyard barreldən çox sübut olunmuş neft ehtiyatlarına nəzarəti ələ keçirəcək.

Məryəm Quliyeva