16:50
385
Suriya Parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci Suriya Parlamentində Mədəniyyət, İrs və Mədəni Müxtəliflik Komissiyasının sədri vəzifəsinə təyin olunub
O, deyib ki, bu vəzifənin ona həvalə edilməsini böyük şərəf sayır: "Mən bu vəzifəyə sadəcə mənə verilən bir mövqe kimi deyil, həm də Suriyanın qədim tarixi, zəngin mədəni irsi və bu torpaqların yaratdığı geniş kollektiv yaddaş naminə üzərimə götürdüyüm müqəddəs bir əmanət kimi yanaşıram. Suriya müxtəlif sivilizasiyaların, dillərin, mədəniyyətlərin və adət-ənənələrin əsrlər boyu bir arada yaşadığı qədim bir diyardır. Bu böyük irsin hər bir elementi ölkəmizin ortaq sərvətini təşkil edir. Qarşıdakı dövrdə məqsədimiz keçmişimizi qorumaq, mədəni irsimizi gələcək nəsillərə ötürmək, mədəni müxtəlifliyimizi parçalanma səbəbi kimi deyil, ortaq güc mənbəyi kimi görmək və bütün suriyalıların özlərini bu ortaq irsin bərabərhüquqlu bir parçası kimi hiss etmələrini təmin etməyə çalışmaqdır. Bu dəyərli məsuliyyəti mümkün olan ən yaxşı şəkildə yerinə yetirmək üçün komissiyanın bütün üzvləri ilə səmimiyyət, peşəkarlıq və kollektiv müdriklik ruhu ilə birgə çalışacağıq. Bu proses ərzində mənə etimad göstərən, sarsılmaz dəstək və xoş arzularını ifadə edən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Qoy Uca Yaradan bu vəzifəni Suriyamız, xalqımız və gələcək nəsillərimiz üçün faydalı xidmət vasitəsinə çevirsin. Bu irsi birlikdə qoruyacaq, mədəni gələcəyimizi birlikdə inşa edəcəyik".
Cavid