Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas olundu Hadisə

Bakı və Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas olundu

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.