ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub İqtisadiyyat

ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Həftənin son ticarət sessiyasında ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 9,45 bənd və ya 0,02% azalaraq 53 559,99 bəndə, “S&P” 500 19,23 bənd və ya 0,25% geriləyərək 7 711,76 bəndə, “Nasdaq Composite” isə 138,93 bənd və ya 0,52% azalaraq 26 402,42 bəndə düşüb. “NYSE Composite” 63,85 bənd və ya 0,26% azalaraq 24 585,18 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 280,33 bənd və ya 0,76% geriləyərək 36 553,92 bəndə enib.

Avropada “Euro Stoxx” 50 60,94 bənd və ya 0,95% artaraq 6 485,67 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 31,72 bənd və ya 0,29% yüksələrək 10 824,26 bəndə çatıb. Almaniyanın “DAX” indeksi 202,75 bənd və ya 0,77% artaraq 26 569,99 bəndə, Fransanın “CAC” 40 indeksi 81,31 bənd və ya 0,98% yüksələrək 8 401,18 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 160,30 bənd və ya 0,81% artaraq 20 041,90 bəndə çatıb.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 273,58 bənd və ya 0,41% artaraq 66 405,56 bəndə, “TOPIX” 29,49 bənd və ya 0,72% yüksələrək 4 146,71 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 19,05 bənd və ya 0,07% artaraq 25 584,79 bənd, Avstraliyanın “S&P/ASX” 200 indeksi 54,09 bənd və ya 0,60% yüksələrək 9 092,29 bənd təşkil edib. Çinin “CSI” 300 indeksi isə 21,10 bənd və ya 0,46% azalaraq 4 609,18 bəndə düşüb. “MSCI AC Asia Pacific” indeksi 0,42 bənd və ya 0,15% artaraq 278,10 bəndə yüksəlib.

Qeyd edək ki, ABŞ fond bazarlarında geriləmə FED sədri Kevin Uorşun inflyasiya ilə mübarizənin davam etdirilməli olduğunu bildirməsindən sonra faiz artımı ehtimalının güclənməsi ilə əlaqələndirilib. Avropa bazarlarında isə Fransa səhmlərinin əvvəlki itkilərdən sonra bərpası yüksəlişə dəstək verib.