“Azərbaycanda hakimlərin sayı artırılmalıdır” Hadisə
Qüdrət Həsənquliyev: "Köklü dəyişikliklər aparılmalıdır ki, vətəndaşların məhkəmələrə inamı bərpa olunsun"
Ramin Qurbanlov: "Azərbaycanda elektron məhkəmə sisteminin tətbiqi ilə əlaqədar İKT idarəsi yaradılacaq"
"Azərbaycanda hakimlərin sayı artırılmalıdır, buna ehtiyac var". APA-nın məlumatına görə, bunu "Açıq hökumət: Elektron məhkəmə informasiya sistemi quruculuğunun ictimai müzakirəsi" mövzusunda konfransda millət vəkili Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, elektron məhkəmə sisteminin yaradılması təqdirəlayiqdir: "Lakin vətəndaşların hüquqi maarifləndirilməsi olmasa, istənilən şəxs hüquqi əsas oldu-olmadı, internet vasitəsilə məhkəməyə müraciət edəcək. Bu da müraciətlərin sayının hədsiz artmasına səbəb olacaq".
Q. Həsənquliyev qeyd edib ki, məhkəmə islahatları ilə bağlı Azərbaycanda Ədliyyə Nazirliyi Türkiyədə olduğu kimi Ədalət Nazirliyi, məhkəmələr isə ədalət sarayları adlandırılmalıdır: "Bundan sonra köklü dəyişikliklər aparılmalıdır ki, vətəndaşların məhkəmələrə inamı bərpa olunsun. Bu olmasa, vətəndaşlar indiki kimi məhkəmələrə etibar etməyəcəklər".
Yasamal rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov bəyan edib ki, Yasamal Məhkəməsində elektron məhkəmə sistemi yaradılsa da, hələ bütün vətəndaşlar ora daxil ola bilməz: "Hələlik Yasamal Rayon Məhkəməsində portal yaradılıb. Portal vasitəsilə şəxsi kabinet açacağıq. Əvvəlcə hakimlər bu sistemi öyrənməlidir. Əsas məsələ bu sistemin idarə olunmasıdır. Bu sahədə İKT idarəsi yaradılmalıdır. Bu gün İKT mütəxəssisləri yüksək maaş tələb edir. Ona görə də biz hazırda qiymətləndirmə aparırıq, bu sahədə öndə olan Vergilər Nazirliyi və digər strukturların təcrübəsi öyrənilir".
R. Qurbanov elektron məhkəmə sistemi ilə bağlı hazırda Ədliyyə Nazirliyində yüksək səviyyəli mütəxəssislərin olmadığını açıqlayıb: "Müqavilələrə əsasən sonda yaradılan sistemlərin açarı Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Ancaq nazirlikdə hələ o səviyyədə mütəxəssislər yoxdur. Ona görə də İKT idarəsi yaradılandan sonra bu proses həyata keçiriləcək".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu regionlarda əhalinin hələ də iddia ərizəsini vəkilə yazdırdığını xatırladıb və insanların elektron qaydada məhkəməyə müraciət edə bilməyəcəklərini söyləyib. R. Qurbanov isə qeyd edib ki, elektron məhkəmə sistemində vətəndaşların nələri izləyəcəyi hələ tam müəyyənləşməyib: "Öncə hakimlər bu sistemi tam öyrənməlidirlər. Məsələn, Estoniyada hamı elektron qaydada sənədlər alır. Biz Gədəbəydə, regionlarda yaşayan insanların elektron məhkəmə sistemindən istifadə edəcəyini gözləmirik, Bakıda və böyük şəhərlərdə bundan istifadə ediləcəyini gözləyirik. Bizim borcumuz hamı üçün şərait yaratmaqdır. Biz deyə bilmərik ki, Gədəbəydə insanlar hazır deyil, onlara bu şəraiti yaratmamalıyıq. Kağız təcrübəsi saxlanılacaq. Lakin dünya təcrübəsi göstərir ki, tam elektron sistemə keçid baş verir. Bizim də fikrimiz budur ki, Azərbaycanda iqtisadi məhkəmələrdə tam elektron sistemə keçək. Amma ümumi yurisdiksiyalı məhkəmələrdə kağız məsələsi saxlanılacaq".