“Yüzlərlə məhkum və onların ailə üzvləri bu aktdan faydalanırlar” Hadisə

“Yüzlərlə məhkum və onların ailə üzvləri bu aktdan faydalanırlar”

Aydın Quliyev: "Baxmayaraq ki, bəziləri bu addımı qaralamağa cəhd edirlər"

Əliməmməd Nuriyev: "Əfv sərəncamı tarixi hadisədir"

Aqil Abbas: "Bu cür qərarlar hər zaman dəstəklənir"


Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamı yüzlərlə ailənin sevincinə səbəb olub.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, bu fərmanın mahiyyəti Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin cəzaların icrası mexanizminə humanist münasibətinin daha bir təzahürüdür. Onun sözlərinə görə, yüzlərlə məhkumlar, onların ailələri, ailə üzvləri, qohumları bu aktdan faydalanırlar: "Baxmayaraq ki, bəziləri bu aktda müəyyən tanınmış bir neçə ad və soyadın olmamasından istifadə edərək qaralamağa cəhd edirlər. Əlbəttə, bir neçə ad və soyadın olmaması hələ bu Sərəncamın və bütünlüklə yüzlərlə insanın əfv olunması ilə bağlı aktın mahiyyətinə kölgə salmağa heç bir əsas vermir. İmzalana əfv sərəncamı növbəti dəfə həm cəza sisteminin, həmdə bağışlanma əfv sisteminin çox kamil və fasiləsiz işləyən dövlət institutuna çevrildiyini bir daha nümayiş etdirir. Təkrar edirəm ki, həm cəza, həm də əfv sisteminin artıq kamil işləyən bir təkmil mexanizmə çevrildiyini bir daha nümayiş etdirir. Onun icrası prosesində müvafiq dövlət orqanları ilə bərabər ictimaiyyətin də yaxından iştirakı şəksizdir. Yəni əfv olunan məhkumların yaxınlarının, qohumlarının bu prosesdə iştirakı əslində dövlət başçısının humanist addımının icrasında ictimaiyyət nümayəndələrinin aktiv iştirakı demək olacaq. Onun mahiyyətinə ictimaiyyətin dəstəyi formasında ifadə olunacaq. Yəni ictimaiyyət nümayəndələrinin əfv prosesində iştirakı ən azı qohumlarını qarşılanması, qəbul etməsi Fərmanın icrasında ictimaiyyət nümayəndələrinin iştirakı deməkdir. Fikrimcə bu Fərmanın ən böyük dəyərli cəhəti onun Azərbaycanda əfv institutunun artıq sistemli bir mexanizm şəklində fəaliyyət göstərdiyini göstərməkdir".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı tarixi hadisədir. Onun sözlərinə görə, cənab Prezident Cumhuriyyətimizin 100 illiyi ərəfəsində, bayrama bir neçə gün qalmış yüzlərlə ailəni sevindirdi: "Bu, indiyə qədər imzalanan sərəncamlar içərisində daha çox məhkumu əhatə edən əfv sərəncamıdır. Əfv cənab Prezidentin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyinin göstəricisidir". Komissiya üzvü əfv bağlı edilən müraciətlərin diqqətlə araşdırıldığını vurğulayıb: "Fevral ayından may ayının birinci yarısına qədər hər həftə Əfv Komissiyasının çox saylı iclasları keçirilib. İclaslarda 1500-ə qədər müraciətə baxılıb. Hər bir müraciət araşdırılıb, onlara diqqətlə yanaşılıb. Müraciətlərə baxılarkən dövlətin və cəmiyyətin maraqları, məhkumun maraqları, onların ailə vəziyyəti, şəxsiyyəti, davranışları, etdiyi cinayətə münasibəti, bütün bu kriteriyalar əsas götürülərək ortaq balanslı rəylər qəbul olunub. Daha sonra rəylər cənab preizdentə təqdim edilib. Həminin bildirim ki, bu gün imzalanan əfv sərəncamı sayca 64-cüdür". Ə. Nuriyev əfv olunanlar arasında cəmiyyətdə adaları çəkilən, tanınan şəxslərin də olduğunu deyib: "Nardaran hadisələrində iştirak edən 7 nəfəri biz siyahıya saldıq. Şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli və başqalarının da adlarını qeyd etmək olar".
Millət vəkili Aqil Abbas deyib ki, əfv fərmanı ilə bağlı yalnız müsbət fikirlər bölüşmək olar: "Cənab prezidentin imzaladığı bu fərman çox humanist addımdır və bu cür qərarlar hər zaman dəstəklənir".
O, bildirib ki, yüzlərlə insanın üstündən cinayət işi götürülüb, ailəsinə qovuşub: "Bu humanist addım sayəsində bu dəfə minə yaxın insan sevindi. Məhkum olunmuş şəxslər ailəsinə, yaxınlarına qovuşdu, körpələr sevindi. Biz bu cür qərarları dəstəkləyir, ailəsinə qovuşanlar əvəzinə də sevinirik".
"Yurddaş" Partiyasının sədri Mais Səfərli diqqətə çatdırıb ki, ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dəfələrlə əfv sərəncamı imzalayıb və Amnistiya aktları elan edilib: "Bu, cənab Prezidentin hümanistliyindən, xarakterindən, yüksək insani keyfiyyətlərindən xəbər verir". Partiya sədrinin sözlərinə görə, ölkə başçısının imzaladığı sonuncu əfv sərəncamı nəticəsində də xeyli sayda insan öz ailəsinə qovuşdu: "Fikir versəniz görərsiniz ki, onların əksəriyyəti ehtiyatsızlıqdan cinayət törədiblər. Hesab edirəm ki, Prezidentin atdığı bu addım onlar üçün bir dərs olacaqdır. Çünki bu hümanist addım insanları islah etmək üçün heç də onları dörd divar arasında uzun illər saxlamaq üçün vacib deyil. Düşünürəm ki, bu addım həmin insanları düşünməyə, yenidən dörd divar arasına qayıtmamaq üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, bu addım həmçinin dünya üçün örnək olmalıdır. Azərbaycan bu məsələdə bəlkə də dünyada ən öndə gedən bir ölkədir. Əfv olunan insanların böyük əksəriyyəti yenidən normal həyata qayıdırlar, etdikləri əməldən peşmançılıq duyaraq artıq cəmiyyətin tam hüquqlu normal insanlarına çevrilirlər, cəmiyyətə inteqrasiya edirlər. Amma o ölkələrdəki belə addımlar atılmır, həmin dövlətlərdə cinayət cəzalarını çəkib azadlığa çıxan insanlar yenidən cinayət törədirlər".
Əli