Tovuzda avtomobil dərəyə aşıb Hadisə

Tovuzda avtomobil dərəyə aşıb

1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Tovuz rayonunda ağır yol nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Sarıtala kəndi ərazisində baş verib.
"VAZ 2106" markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə Tovuz rayonun Sarıtala kəndi ərazisində baş verib. Rayonun Aşağı Quşçu kənd sakini, 52 yaşlı Sərdar Hüseynov idarə etdiyi avtomobillə dağ yolları ilə hərəkət edərkən maşını aşırıb. Qəza zamanı sürücü dünyasını dəyişib, avtomobildə olan sərnişinlər, Aşağı Quşçu kənd sakinləri, 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova və 46 yaşlı Sevinc Hüseynova ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə Hüseynovlar ailəsi Aşağıquşçu kəndindən Sarıtalaya qonaq gedirlərmiş.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.