ATƏT-in Bakı ofisi yenidən açılacaq Hadisə

ATƏT-in Bakı ofisi yenidən açılacaq

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında "Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik" adlı qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin açılmasına çağırışla bağlı düzəliş təklifi qəbul olunub.
APA-nın məlumatına görə, komitə sədri İsabel Santosun sədrliyi ilə keçirilən iclasda düzəliş İsveç və Norveçdən olan parlamentarlar tərəfindən irəli sürüb. Qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin yenidən açılmasına icazə verilməsinə çağırışın əks olunduğu 45 saylı bənd daxil edilib. Səsvermə nəticəsində düzəliş qəbul olunub.