Mətbuat yayımı: inkişaf dinamikası və mütərəqqi metodlar Hadisə
Bu gün Azərbaycan mətbuatının inkişaf dinamikasını, onun yayımını mütərəqqi metodlarla təşkil etmək yolunda ciddi araşdırmalar aparılır. Mətbuat orqanlarının rəhbərləri mənsub olduqları mətbu orqanların günün tələbləri səviyyəsində yayımını quran və redaksiyaya çatacaq dəyəri vaxtında ödəyən yayım firmalarına üstünlük verir.
Hazırda respublikamızda mətbuat yayımı ilə məşğul olan onlarla firma fəaliyyət göstərir. Hərəsi də öz prizmasından müxtəlif yollarla, yanaşma üsulları ilə abunə kampaniyasında iştirak edir, satışı həyata keçirirlər. Poçt-rabitə müəssisələrində dövri mətbuata il boyu abunə aparmaq, onu genişləndirmək, təkmilləşdirmək ən ümdə vəzifələrdən biri olmalıdır. İzdihamlı yerlərdə dövri mətbuata abunə aparılması haqqında reklam və işıqlandırılmış lövhələr quraşdırmaq abunə kampaniyasının ən ümdə təbliğat metodlarından olardı. Poçt filiallarında dövri mətbuata aparılan abunə sifarişlərinin icrasını operativ həll etmək üçün onlardan sifarişlərinin faksla, elektron poçtla qəbulu işinin tətbiqi günün bir nömrəli vəzifəsidir.
Özəl sektorda aparılan abunədən əldə olunan mənfəətin 5 %-i, digər müəssisələrdə isə 10 %-i həcmində mükafat sistemi tətbiq etmək məqsədəuyğun olardı. Şəhər və rayon mərkəzlərində hər dərs ili qabağı aidiyyəti orqanların razılığı ilə dövri mətbuatın, məktəbli ləvazimatlarının satış yarmarkaları poçtamtlar və onlara tabe olan poçt şöbələri vasitəsilə təşkil olunması son dərəcə effektli olardı.
Böyük potensiala malik olan PDM-in bazasından məqsədyönlü yararlanmaqla, Azərbaycan mətbuatının dünyaya çıxışı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi ilə müzakirələr aparmaqla bunu reallığa çevirmək mümkün ola bilər.
Əksər hallarda redaksiyaların özləri tərəfindən həyata keçirilən abunənin ünvanlara çatdırılması prosesi çətin aparılır. Bu baxımdan, digər firmalarla müqayisədə böyük üstünlüklərə malik olan PDM vasitəsilə müəyyən xidmət haqqı ödəməklə həmin işi operativ yerinə yetirmək mümkündür.
Ali, orta ixtisas məktəblərində, onların tabeliyində olan elmi-kütləvi kitabxanalarda mətbuata abunənin PDM-in mətbuat yayımı şöbəsi vasitəsilə aparılması poçtlar üçün əlavə gəlir mənbəyinin yaradılmasına şərait yaratmış olar.
PDM-in xidməti avtomaşınlarından istifadə edən firmalarla yenidən söhbət etmək və onların xidmət haqqı dəyərinin ödənilməsi yollarında müəyyən dəyişikliklər etməklə əlavə qazanc götürmək mümkündür.
Yaxşı olardı ki, respublikanın bütün şəhər və rayonlarının poçt-rabitə müəssisələrinin qarşısında qəzet-jurnal stellajları təşkil olunsun. Bu da oxucuların mətbuatla daha yaxından tanış olmasına şərait yaratmış olar. O cümlədən poçtalyonlar vasitəsilə evlərə elan vərəqələri paylamaqla sakinləri dövri mətbuata poçt müəssisələrində abunə yazmağa cəlb etmək mümkündür. Əhalinin poçt müəssisələrinə inamı yüksək olduğundan bu işi gerçəkləşdirmək mümkündür. Bütün xidmət növlərində əhali ilə daim təmasda olan poçt-rabitə müəssisələri vasitəsilə rabitənin daxılına yeni mütərəqqi metodlar tətbiq etməklə gəlir əldə edilə bilər.
Yaxşı olardı ki, redaksiyalar yerlərdə birbaşa abunəni öz nümayəndələri vasitəsilə poçtlarda həyata keçirsinlər. Köçürmə yolu ilə pul vəsaitləri birbaşa redaksiyaların hesabına göndərilsin. Köçürülən məbləğ redaksiyada qalmaqla və PDM-ə cüzi rüsum ödəməklə qəzet və jurnalları istənilən ünvana çatdırmaq mümkündür.
Hər iki tərəf arasında bağlanan müqavilə şərtlərinin nəticəsində redaksiyalar xeyli mənfəətə nail ola bilərlər.
Qeyd edək ki, bütün xidmət sferasında fəaliyyət digər firmalarla müqayisədə yalnız PDM-ə məxsusdur. İstər Bakı şəhərində, istərsə də Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün bölgələrində abunəçilər PDM-in bütün xidmətlərindən bəhrələnə bilərlər.
Ayrı-ayrılıqda fəaliyyət göstərən Bakı poçtamtlarını vahid şəkildə birləşdirməklə yüksək gəlirə nail olmaq olar.
Hər bir qəzetin satışından poçtamtların əldə etdiyi gəliri qazanmaq üçün 10-15 ədəd zərf satmaq gərəkdir.
Bakı şəhərində nazirliklərin, səfirliklərin, xarici şirkətlərin dövrü nəşrlərə abunəsini bizim vasitəmizlə həyata keçirməklə yüksək gəlir təmin etmiş olarıq.
Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə bütün dünyada yaşayan azərbaycanlılara respublikamızda nəşr olunan dövri mətbuatı çatdırmaqla həm ölkə daxilindəki hadısələrlə soydaşlarımızı tanış etmiş olarıq, həm də bu hesaba ölkəyə xeyli valyuta gətirə bilərik.
Moskvada nümayəndəlik yaratmaqla bütün rus nəşrlərini digər firmalarla müqayisədə ən aşağı qiymətlərlə Azərbaycana gətirmək, onun müqabilində Azərbaycan mətbuatını həmin ünvana göndərmək, mal mübadiləsi etmək də mümkündür. Hal-hazırda "Qaya", "Ziya", "Ekspress Elita" firmaları "Qasid" və "Azərmətbuatyayımı" firmalarının bu sahədəki boşluğundan məharətlə yiyələnir. Poçr Daşıma Mərkəzinin (PDM-nin) imkanlarından istifadə etməklə biz bu sahədə monopoliyanı ələ ala bilərik.
Bütün mətbuatyayımı firmaları bizim xidmətimizdən yararlanır. Heç bir daşıma, çatdırılma, paylama mexanizminə malik olmayan bu firmalar ("Qasid", "Mətbuatyayımı", "Qaya", "Ziya", "Ekspress Elita", "Səma" və s.) xidmətimizdən istifadə etməklə, bizim vasitəmizlə ünvanlara mətbuat çatdırmaqla hər yerdə özlərini qabağa verirlər. Bu mexanizmi isə bilən yoxdur. Onların daşınma xidmət haqlarını artırmış olsaq istər-istəməz geri duracaqlar. Nəticədə bütün oxucu kütləsi bizim ətrafımızda cəmləşə bilər.
Respublikadakı bütün kütləvi kitabxanalara, o cümlədən Ali və orta məktəblərinin, müxtəlif tədris müəssisələrinin kitabxanalarına ölkədə nəşr olunan mətbu orqanlarının redaksiyalarına dövri nəşrlərin abunəsini çatdırsaq yüksək məbləğ əldə edə bilərik.
Ölkənin bütün hərbi hissələrinə yalnız poçt-rabitə müəssisələri vasitəsilə xidmət mümkün olduğunu nəzərə alsaq, həmin ünvanlara mətbuatın abunə yazılışına nail olsaq qazancın məbləği daha da artar.
Elxan Ağabəyli
"AZƏRPOÇT" MMC, PDM-in
Mətbuatyayımı şöbəsinin rəisi,
Azərbaycan Jurnalıstlər Birliyinin üzvü