Ölkədə 263 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb Hadisə
Babək Salek: "Dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır"
2017-ci ilin dekabrına olan məlumata əsasən, Azərbaycanda 243 min, 2018-ci ilin 8 ayı üzrə isə 263 057 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.
Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayının hər il 12-15 faiz artdığını deyən B.Salek qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan xəstələrin 1654 nəfəri uşaqdır: "Uşaqların yalnız 20 nəfəri 2-ci tip diabetdir. Bakı üzrə keçən il 580 uşaq qeydiyyatda olubsa, bu gün xəstə uşaqların sayı 600-dən çoxdur".
O əlavə edib ki, uşaqlar arasında şəkərli diabetin 1-ci tipi daha geniş yayılıb:
"Uşaqlarda bu xəstəlik kəskin başlayır. Çox zaman valideynlər uşaqlarının xəstə olmasından xəbərsiz olurlar. Uşaq arıqlayır, çoxlu su içir, halsız olur. Uşağa vaxtında düzgün diaqnoz qoyulmadıqda onu ya koma öncəsi, yaxud koma vəziyyətində xəstəxanaya çatdırırlar. Uşaqlar arasında şəkərli diabetin yayılmasının etimologiyası çoxdur. İrsi amil, sağlam olmayan həyat tərzi, qidalanma diabetin yaranmasında rol oynayır. Böyük insanlarda alkoqol, hipodinamiya - hərəkətin azlığı şəkərli diabetin yaranmasına səbəb olur".
B.Salek bildirib ki, şəkərli diabet birbaşa ölümə səbəb olmasa da, digər yanaşı xəstəlikləri ağırlaşdırır: "Şəkərli diabet xüsusilə insult, infarkt, böyrək çatışmazlığı və s. xəstəliklər yaradaraq insan ölümünə səbəb ola bilir".
Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır. Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salekin sözlərinə görə, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin artacağı gözlənilir. Bu yaxınlarda şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatında yaranan problemə də toxunan B.Salek bildirib ki, dərmanların alınması zamanı növbələrin yaranmamasından ötrü bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanların fərqli günlərdə verilməsi barədə tapşırıq verilib: "Bölgələrə məlumat göndərildi ki, rayonlardakı xəstələrin hamısına dərman 1-3 gün ərzində paylanılmasın. Xəstələr bir ay ərzində elə bölüşdürülsün ki, onlar ayın müəyyən günlərində dərmanlarını alsınlar. Xəstələrin hamısının 1-3 gündə kiçik bir aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotaja səbəb olur. Digər tərəfdən, iki gün ərzində xəstələr müraciət edəndə endokrinoloqun işi yalnız resept yazmaq olur, digər xəstələrin müayinəsinə isə vaxt qalmır. Problemin çıxış yolunu bunda görürük ki, bu ildən etibsrən rezidenturada təhsil alan endokrinoloqların sayı artırılsın".
B.Salek əlavə edib ki, hazırda respublika üzrə 359 endokrinoloq var: "Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi 2 endokrinoloq baxır. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etibarən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm də bu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəsini apara biləcəklər".