Coğrafiya İnstitutunun təbii fəlakətlərə dair yeni nəşri çapdan çıxıb Hadisə

Coğrafiya İnstitutunun təbii fəlakətlərə dair yeni nəşri çapdan çıxıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu və coğrafiya elmləri doktoru, professor Nəriman Paşayevin müəllifliyi ilə "Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi" adlı monoqrafiya çapdan çıxıb. Yeni nəşrdə təbii fəlakətlərin iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, onların başvermə səbəbləri, vurulan ziyanlar və s. tədqiq olunub. Monoqrafiyada, həmçinin təbii fəlakətlərin sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilib, irimiqyaslı xəritələr hazırlanıb, mübarizə tədbirlərinin təkmilləşdirilməsi əsaslandırılıb.
Coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar və s. sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiyanın materialları, əldə edilmiş nəticə, təklif və tövsiyələr, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və digər müvafiq nazirlik və təşkilatların struktur bölmələrində, respublika əhalisinin və təsərrüfat sahələrinin TF-nin təsirindən müdafiəsində və düzgün idarə edilməsində istifadə oluna bilər.