Çörək zavodunda partlayış Hadisə

Çörək zavodunda partlayış

Beş nəfər yaralanıb
Beyləqan rayonunda çörək zavodunda partlayış olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.