Tramp: Netanyahunun ABŞ-də həbs olunmaq təhlükəsi yoxdur Dünya

Tramp: Netanyahunun ABŞ-də həbs olunmaq təhlükəsi yoxdur

İsrailin Baş naziri Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə Amerika Birləşmiş Ştatlarında həbs olunması təhlükəsi yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə heç bir halda və heç bir formada həbs olunmayacaq", — deyə ABŞ prezidenti Nyu-York merinin namizədi Zohran Mamdaninin çıxışlarını qiyabi şərh edərkən "Truth Social" şəbəkəsində yazıb.