Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
9 Avqust 2019 17:02
2 520
Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanına məruz qalmasının 74-cü ildönümü ilə əlaqədar avqustun 6-da və 9-da təşkil edilən xatirə tədbirlərində Azərbaycan da təmsil olunub. Həmin tədbirlərdə Yaponiyanın Baş Naziri Şinzo Abe, Yaponiya parlamenti nümayəndələr palatasının sədri Tadamari Oşima, Yaponiya parlamenti müşavirlər palatasının sədri xanım Akiko Santo, ölkənin siyasi partiyalarının rəhbərləri, yüksək səviyyəli hökumət üzvləri və Yaponiyada akkreditə olunmuş diplomatik heyətin rəhbərləri iştirak ediblər.
Xatirə mərasimlərinə Hiroşima şəhərinin meri Kazumi Matsui və Naqasaki şəhərinin meri Tomihasa Tauenin dəvəti ilə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da qatılıb. Yaponiyanın Baş Naziri Şinzo Abe bu tədbirlərdə çıxış edərək 74 il əvvəl avqustun 6-da Hiroşima şəhərinə, avqustun 9-da isə Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində Hiroşimada 140 min, Naqasakidə isə 80 min insanın həlak olduğunu xatırladıb. Baş Nazir bildirib ki, bu bombaların atılması nəticəsində sağ qalanlar olsa da, onlar sonra radiasiyanın qurbanı olublar, bir çoxları ailələrini və dostlarını itiriblər. O qeyd edib ki, Naqasaki və Hiroşimada baş vermiş atom bombardmanı heç zaman təkrarlanmamalı, dünyada nüvə müharibəsinin baş verməməsi üçün bütün qüvvələr səfərbər olunmalıdır.
Tədbirlər çərçivəsində F.Talıbov Hiroşima şəhərinin meri Kazumi Matsui və Naqasaki şəhərinin meri Tomihasa Taue ilə görüşüb. F.Talıbov söhbət zamanı qeyd edib ki, Azərbaycanın Yaponiyada müvəqqəti işlər vəkili olaraq Hiroşima və Naqasaki şəhərlərində xatirə mərasimlərində ilk dəfə iştirak edir. Azərbaycanın da müharibənin ağır təcrübəsinə malik olduğunu qeyd edən F.Talıbov ərazimizin bir hissəsinin işğala məruz qaldığını vurğulayıb.
09:02
595
8 Noyabr 12:55
973
8 Noyabr 12:32
945