Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
15 Noyabr 2019 16:42
2 065
Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət Bosniya-Herseqovina və Serbiya respublikalarında təlim səfərinə qatılıb. Təhsil Nazirliyindən bildiriblər ki, nümayəndə heyəti Bosniya və Herseqovina Respublikasının Dövlət Qulluğu Nazirliyini, müxtəlif kantonlarda yerləşən peşə təhsili müəssisələrini və işəgötürən şirkətləri ziyarət edib.
Səfərin iştirakçıları dual peşə təhsilinin tətbiqi üçün hüquqi bazanın formalaşdırılması, özəl sektor nümayəndələri, maraqlı tərəflərlə əməkdaşlıq strukturlarının gücləndirilməsi, iş yerlərində təlimlərin keçirilməsi, maliyyə müstəqilliyinin artırılması və idarə edilməsi prosesləri ilə tanış olublar.
Qeyd edək ki, təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir. Məqsəd Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı qabaqcıl təcrübələrlə tanış olmaq, dual peşə təhsili və təlimi modelinin Azərbaycanın peşə təhsili sahəsində həyata keçirilməsi metodlarının öyrənilməsidir.
09:34
1 281
20 İyun 22:02
1 757
20 İyun 20:57
1 617