Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
ABŞ təyyarədaşıyan gəmisinin zərbə qrupu Hind Okeanına daxil olub
25 Dekabr 2019 17:09
1 666
Azərbaycan Turizm və Menecment Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar sosial menecment fakültəsinin tələbələrinin iştirakı ilə “Narkomaniya-könüllü ölüm” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan bildiriblər ki, tədbirdə çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr verib, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Sonda bu istiqamətdə təşkil olunan tədbirlərdə fəallıq göstərən tələbələrə təşəkkürnamə, sertifikatlar və zəruri təbliğat materialları təqdim olunub.
17:09
546
17:08
567
16:38
630