“Nəsimi: edamdan sonraki həyat” kitabının təqdimatı keçirilib Hadisə
- 30 Dekabr 2019 14:52
- 1 267
Dekabrın 30-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonraki həyat” kitabının təqdimatı keçirilib. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz”ünün müəllifi, muzeyin direktoru, akademik Rafael Hüseynov, rəyçisi Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.
Tədbiri akademik Rafael Hüseynov açaraq yüksək bəşəri humanizmi ilə dünya şöhrəti qazanmış, anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, aşıq yaradıcılığı, qoşma və divan kimi janrların poetik təkamülündə müstəsna rolu olan dahi şair Nəsimi və onun poeziyasının ideya-bədii siqləti barədə il ərzində bir çox dəyərli elmi əsərlər yazıldığını bildirib. Qeyd edib ki, zəngin yaradıcılığı, poetik-fəlsəfi irsi ilə yanaşı böyük Azərbaycan şairinin faciəvi qətli - edam hadisəsi və bu haqda olan mövcud tarixi qaynaqlar da daim müasir nəsimişünaslığın diqqət mərkəzindədir.
Nəsiminin mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığının təcəssümü olduğunu deyən R.Hüseynov diqqətə çatdırıb ki, şair özünəməxsus, rəngarəng yaradıcılığı ilə ana dilli poeziyamızın inkişafında müstəsna rol oynayıb. Akademik bildirib ki, muzey əməkdaşları tərəfindən “Nəsimi ili”nə mühüm töhfələr verilib, ölkəmizdə və xaricdə şairin yaradıcılığına, fəlsəfəsinə həsr olunan məqalələr, eləcə də “Məkansız və zamansız Nəsimi” kitabı işıq üzü görüb. O, təqdim olunan yeni nəşrin hürufi şairin XV əsrdə, Hələb şəhərində edamı səhnəsi və bu qətldən sonra Suriyada, ona yaxın dövlətlərdə baş verən iğtişaşlara, mühüm tarixi hadisələrə işıq salan qiymətli elmi mənbə olduğunu deyib. R.Hüseynov kitaba ədibin divanının heç bir nüsxəsində təsadüf olunmayan 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeirinin daxil edildiyini vurğulayıb.
Sonra kitabın müəllifi, professor Qəzənfər Paşayev çıxış edərək hələ XVII əsrdə Hələbi ziyarət edən səyyah alim Övliya Çələbinin onu Şeyx Nəsimi adlandırması, Nəsiminin adının Hələbdə küçəyə verilməsi və s. məsələlərdən söz açıb, şairin həyat və yaradıcılığına yeni dəyərlər prizmasından baxmaq zərurətinin ortaya çıxdığını söyləyib. Sonda kitab ətrafında müzakirələr aparılıb, nəşrin “Nəsimi ili”nə dəyərli töhfə olduğu bildirilib.
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay
-
Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır
-
Lukaşenko: Kiyev indi danışıqlara getməsə, Ukrayna dövlətçiliyini itirəcək