Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
12 Mart 2020 11:16
1 652
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində departament rəisi vəfat edib.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, ASCO-nun Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib:
"Kərim Sultanova xas olan məsuliyyət hissi və digər yüksək insani keyfiyyətlər ona hər zaman böyük hörmət qazandırıb. Elə buna görə də Kərim Sultanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq və daim ehtiramla yad olunacaq".
Qeyd edək ki, Kərim Sultanov 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq/tərcüməçi-referent (ingilis-dili) ixtisasını bitirib. Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibbi Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb. 2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub. O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.