“Daha çox insanı maarifləndirmək lazımdır” Hadisə

“Daha çox insanı maarifləndirmək lazımdır”

Əkbər Qoşalı: “Dezinformasiyaya yol verməməliyik”

"Koronavirus və onun yayılmasının qarşısının alınması ümumdünya gündəminin əsas möv¬zusu olaraq qalmaqdadır. Bəlkə də, hansısa söz, hansısa təklif, rəy təkrar olur, ancaq yenə, yenə daha çox insanı maarifləndirmək, çəkindirmək, bir daha demək, yazmaq, lazımdır, la¬zımdır..! Durum çox həssasdır, vətəndaşlar! – Nə arxayın düşməməliyik, nə də təşvişə düşməməliyik; nə etirafdan, həqiqətləri deməkdən çəkinməməliyik, nə də şayiələrə, dezinformasiyaya yol vermə¬məliyik". Bu fikirləri açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, ziyalılarımız öz nüfuzu, inandırıcı sözü ilə, ciddi mediamız, şüurlu sosial media fəal¬larımız öz təsir imkanı ilə ümumxalq (ümumbəşər!) maraqlarından irəli gələn, o maraqlara cavab verən təqdirəlayiq addımlar atır: "Heç şübhəsiz, qürur mənbəyimiz – müstəqil dövlətimiz saat mexanizmi kimi işləyən operativ qərargah sistemi ilə hadisələri nəzarətdə saxlayır, prosesi müs¬bət məcra istiqamətində daha da irəli aparır. Bütün bu və bənzəri işlərin nəticəsidir ki, respublikamız irili-xırdalı, yaxın-uzaq ölkələrin bir çoxundan (tam əksəriyyətindən) daha məqbul, daha sabit, daha inamlı ortama malikdir. Bununla yanaşı, heç bir ölkə və şəxs (sözügedən planda) heç nədən sığortalanmayıb. Buna görə, digər ölkələrdə olduğu kimi, res¬pub¬likamızda da daha sərt tədbirlər tətbiq olunarsa, ictimaiyyət buna anlayışla yanaşmalıdır.
- Deməli, bundan sonra da vətəndaşımız məsələyə ciddi yanaşmalı, bu ciddiyyət içində panikaya yer verməmənin dərin idrakı içində olmalıdır;
- Virusun ilk yayıldığı ölkə olaraq qəbul edilmiş Çin bir yana, (milyonlarla soydaşımızın yaşa¬dığı) ən yaxınımızdakı İranın, neçə illərdir ən çox ticarət dövriyyəsi içində olduğumuz İtaliyanın (və digər yaxın-uzaq ölkələrin) təcrübəsi göstərir ki, gerçək təhlükə və risklər danılmazdır. Ayrı-ayrı ölkələrdə sözügedən məsələ ilə bağlı ümumi mənzərə, aşağı-yuxarı hər birimizə bəllidir ( –yerli, xarici portallar, özəlliklə TV-lər ardıcıl olaraq, vacib mövzu barədə bilgi verməkdədir; Avropa ölkə¬lərinin hava uçuşlarını dayandırması, sınırları bağlaması və s.- buna misaldır); ona görə də, respublika içində həyata keçirilən fövqəladə tədbirlər də anlayışla qarşılanmalıdır;
- Vətəndaş bilməlidir ki, dövlətimiz respublikamızda ərzaq təhlükəsizliyini təmin edib, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması imkanları fatiki olaraq istisnadır. – Yəni vətəndaşımızn dükan-bazara kütləvi axınına ehtiyac yoxdur;
- Müəyyən ümidverici xəbərlər yayılsa da, hələlik koronovirus əleyhinə təsdiq olunmuş, haq¬qında rəsmi bildiriş yayılmış vaksin mövcud deyil, dolayısı ilə xəstəliyə yoluxmamaq yaxud ilkin əlamətlər müşahidə olunan an həkimə müraciət etmək alternativlərin ən yaxşısıdır. Bu halda, ağırlşma baş vermədən, virus ağ ciyərə irəliləmədən mümkün tibbi tədbirlər görülər, xəstələr sağala bilər. Bir daha vurğulamaqda fayda var ki səmərəli qabaqlayıcı tədbirlər görən ölkələrdə durum nisbətən qənaətbəxşdir.
- Vətəndaşlarımız yüksək anlayış göstərərək, rəsmi qadağalar aradan qalxıncayadək öz evlərində olsun, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə az getsin, ictimai nəqliyyatdan (avtobus, me¬tro...) istifadə edərkən və dükan-bazarda alış-veriş vaxtı daha etibarlı qorunmağa üstünlük versinlər;
- Özəlliklə yaşlı insanların, immuniteti zəiflərin virusun təsirinə daha tez məruz qaldığını nəzərə alaraq, bu kateqoriya vətəndaşlarımıza özəl diqqət və qayğı göstərilməsi hər bir ailə mənsubunun birbaşa borcudur ( -dolayısı ilə hər birimizin də insani, bəşəri borcumuzdur).
- Xatırladaq ki, vətəndaşın bilgiləndirilməsi ilə bağlı müvafiq rəsmi (yetkili) strukturlar öz işini görür. – Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətimizə bilgi verir".