20 Yanvar 11:51
20 Yanvar 11:24
22 Aprel 2020 13:26
2 037
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də “Youtube” kanalında rayon ərazisində vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlunun “Suraxanı RİH Qarabağ qazisinin tikdiyi hasarı sökdü” haqqında təqdim etdiyi videomaterialla bağlı araşdırma aparıb.
RİH-dən BayMedia-ya bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində, Heydər Əliyev prospektində yerləşən dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsi zəbt olunmuş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılmışdır. “ Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış, həmçinin “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş Hüseynbala Abbasova tövsiyə edilib.
Eyni zamanda RİH-dən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunub.
20 Yanvar 16:01
1 309
20 Yanvar 14:36
1 218
20 Yanvar 12:18
1 351