Bakıda daha bir avtobus qəzası Hadisə

Bakıda daha bir avtobus qəzası

Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb

Dünən Bakı dairəvi yolunda növbəti ağır qəza baş verib. Sədərək Ticarət Mərkəzi istiqamətində 188 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və onlar yaralıları xəstəxanaya daşıyıblar.
Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.
O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.