XİN-dən Türkiyəyə təbrik Hadisə

XİN-dən Türkiyəyə təbrik

Mosuldakı Baş konsulluq əməkdaşlarının və ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlanır

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır.
APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev açıqlamasında Baş konsulluğun əməkdaşlarını, onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edək ki, İŞİD terrorçularının girov götürdüyü 49 Türkiyə vətəndaşı 101 gün sonra girovluqdan azad olunub.