AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir
"Tiktok"da canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
20 May 2020 00:41
2 919
Tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar bu gündən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək.
Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq.
Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək. Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.
Qeyd edək ki, mayın 18-dən etibarən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların valideynləri (qanuni nümayəndə) şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.