Azərbaycanda 10 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik - EKSKLÜZİV
Türkiyə MN: F-16-larımız Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək
Paşinyan II Qareginin qardaşını KQB-yə işləməkdə ittiham edib
Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 61 %-dən çox artıb
20 May 2020 16:27
1 764
Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil. Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib. Onun sözlərinə görə, buraxılış sinif şagirdlərinə attestatların verilməsi daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır: “Bu məsələdə əsas qurumlardan biri Dövlət İmtahan Mərkəzidir. Çünki buraxılış imtahanı onlar tərəfindən həyata keçirilir. Təbii ki, şagirdlərin növbəti pillədə təhsilini davam etdirməsi üçün bu sənədin olması tələb edilir. Ancaq valideynlərin də təşvişə düşməsinə ehtiyac yoxdur. Bütün məsələlər nəzərə alınır və bunun əsasında növbəti mərhələ üçün addımlar planlaşdırılır. Baş verəcək bütün proseslər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Əsas olan budur ki, bu məsələ şagirdlərin təhsilini davam etdirməsi üçün heç bir maneə yaratmayacaq”.
13:16
280
12:50
462
12:50
455