Respublikanın Baş epidemioloqu vətəndaşlara müraciət edib Hadisə
- 1 İyun 2020 16:18
- 2 317
“Hazırda yoluxmanın artmasına səbəb əhalinin rejimə riayət etməməsidir”.
Bunu APA-ya açıqlamasında respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, əhali maskadan mütləq istifadə etməlidir: “Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmir.
Əhalidən xahiş edirəm ki, göstərilən bütün gigiyenik normativlərə əməl etsin. İlk növbədə, istər böyük, istər kiçik marketlərdə, “Mall”lara, digər ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girdikdə maskalardan mütləq istifadə olunmalıdır. İnsanlar kütləvi toplantıdan çəkinsinlər. Ara məsafəsi mütləq gözlənilməlidir. Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır. Dövlət tərəfindən aparılan bütün tədbirlər əhalinin sağlamlığı üçündür. Virus yeni başlayanda Prezident tərəfindən əhalinin sağlamlığı üçün nə qədər vacib tədbirlər həyata keçirildi. Biz onun nəticəsini gördük, virusa yoluxma sayı azalmışdı”.
Baş epidemioloq qeyd edib ki, son vaxtlar insanlar qaydalara riayət etmədikləri üçün virusa yoluxma sayı hər gün artmaqda davam edir: “Bu da əhalinin özündən asılı olan səbəbdir. Əgər qaydalara əməl olunmasa, Operativ Qərargah tərəfindən də xəbərdarlıq olunub ki, mütləq sərtləşdirici tədbirlər həyata keçiriləcək, cərimələr tətbiq olunacaq. Əvvəl insanlar şikayət edirdilər ki, apteklərdə maska yoxdur. İndi apteklərdə həm Azərbaycan istehsalı, həm də ölkəyə idxal olunan maskalar var. Əhali maskalardan istifadə etsin. Sağlamlıqlarını qorumaq istəyirlərsə, qaydalara riayət etməlidirlər. Əhali rejim qaydalarına əməl etməsə, yoluxma hallarının sayı daha da artacaq. Hər evə bir nəzarətçi qoyula bilməz. Küçəyə çıxan, müəyyən yerlərə gedən insanlar gigiyenik normalara əməl etməlidir”.
İbadulla Ağayev əlavə edib ki, bütün normativlərə və qərargah tərəfindən müəyyən edilən sanitar-gigiyena qaydalarına riayət olunsa, xəstələnmə hallarının sayı azalacaq. O vurğulayıb ki, hər kəs koronavirusa yoluxmamaq üçün bütün qaydalara riayət etməlidir.
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay
-
Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır
-
Lukaşenko: Kiyev indi danışıqlara getməsə, Ukrayna dövlətçiliyini itirəcək
-
Paytaxtda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görüldü
-
Prezident İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
-
Azərbaycan və Macarıstan arasında sənədlər imzalanıb
-
Sabahın hava PROQNOZU
-
Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub
-
Yanvar-mart aylarında İtaliyadan Türk limanlarına 7 milyon tondan çox yük daşınıb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdam şəhərində olublar
-
Naxçıvan Muxtar Respublikasının baş naziri işdən azad olunub
-
Peter Siyarto: Ukraynadakı müharibə total uğursuzluqdur
-
Nazir müavini: Macarıstan şirkətləri Qarabağa yatırım etməkdə maraqlıdırlar
-
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
-
Xanada silah-sursat aşkar edilib
-
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
-
Təbrizdə qadın azarkeşlərin stadiuma girişlərinə qadağa qoyulub
-
Azərbaycan və Qırğızıstan Prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
-
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı
-
Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub
-
Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?
-
Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
-
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
-
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
-
Rusiyadan NATO-ya xəbərdarlıq
-
Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi - FOTO/VİDEO
-
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir - FOTO
-
Yanvar-mart aylarında Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ölkədə may ayının 1-dən bu qadağa qüvvəyə minir