“Ebola”dan ölənlərin sayı 4447-yə çatıb Hadisə

“Ebola”dan ölənlərin sayı 4447-yə çatıb

"Ebola" virusundan ölənlərin sayı 4447-yə çatıb.
APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. ÜST ekspertlərinin məlumatına görə, həftənin sonunadək bu təhlükəli xəstəliyə yoluxanların sayı 9 mini keçəcək. Qeyd edək ki, epidemiya ilə ən təhlükəli vəziyyət Qərbi Afrikada - Syerra-Leone, Liberiya və Qvineyada yaranıb. Virus yeni ərazilərə yayılmaqda davam edir.