Almaniyada Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək Hadisə

Almaniyada Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək

Almaniya Azərbaycanlıları Alyansı Ermənistan-Azərbaycan sərhədində Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata etiraz əlaməti olaraq iyulun 18-də Ermənistanın Almaniyadakı Səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Alyansdan verilən məlumatda bildirilir ki, Ermənistan-Azərbaycan sərhədində son günlər baş verən hadisələri hər kəs ürək ağrısı ilə izləyir: "Təəssüf ki, hazıradək qəbul olunmuş qərarlara və beynəlxalq qətnamələrə məhəl qoymadan işğalçı Ermənistanın vətənimizə qarşı təcavüzü davam etməkdədir. Bu gün bizim cismimiz qürbətdə olsa da, siyasi baxışlarımızdan və mövqeyimizdən asılı olmayaraq, hər birimizin qəlbi ordumuzla, Azərbaycan əsgəri ilə birgə döyünür. Bu səbəbdən Almaniyada yaşayan bütün azərbaycanlıları 18 iyul 2020-ci il tarixində saat 14:00-da Berlində, Ermənistan Respublikasının səfirliyi önündə keçiriləcək etiraz aksiyasına qatılmağa səsləyirik. (Ünvan: Nußbaumallee 4, 14050 Berlin).

Məlumatda qeyd edilir ki, aksiyanın keçirilməsi üçün artıq Berlin polisindən icazə alınıb.