Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
18 Avqust 2020 15:47
3 801
Sosial şəbəkələrdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVİD-19-dan vəfat etməsi barədə yazılanlar əsassızdır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bütün sosial xidmət müəssisəsində, o cümlədən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində ciddi profilaktik tədbirlər görülür.
Məlumatda bildirilir ki, həmçinin sakinlərin tez-tez müayinəsi aparılır, onların koronavirusdan qorunması üçün bütün işlər görülür. İşçi personalın da müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.
Bu tədbirlərin müsbət nəticəsi kimi, həmin müəssisənin kollektivində və müəssisənin sakinlərində indiyə qədər COVİD-19-a yoluxma halı aşkar edilməyib.
Müəssisənnin sakinlərindən olmuş Yusifov Anar Qəzənfər oğlunun ölüm səbəbinin də COVİD-19-la əlaqəli olmadığı müəyyən edilib.
Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müayinələri nəticəsində onun ölüm səbəbinin - qaraciyərin piy distrofiyası nəticəsində baş vermiş kəskin qaraciyər çatışmazlığı ilə bağlı olduğu aşkar edilib.
Hansısa şəxsin verdiyi qeyri-düzgün məlumata əsaslanaraq nəticədə cəmiyyətə yalan məlumat vermək media prinsiplərinə uyğun deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində bir neçə əməkdaşın koronavirusa yoluxması, bəzi sakinlərdə virus əlamətlərinin müşahidə olunması, bir nəfərin COVİD-19-dan vəfat etməsi barədə xəbərlər yayılmışdı.
6 Mart 22:27
770
6 Mart 22:27
903
6 Mart 18:11
1 204