Övladlığa götürülənlərin təhsil haqqı dövlət tərəfindən ödənilə bilər Hadisə

Övladlığa götürülənlərin təhsil haqqı dövlət tərəfindən ödənilə bilər

Azərbaycanda övladlığa götürülən uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi təklif edilir.

Bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Layihə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb.

Sənəd valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.