Tahir Gözel: "Molde”nin ədalətsizliyi bizi məyus edir Hadisə

Tahir Gözel: "Molde”nin ədalətsizliyi bizi məyus edir

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ımız Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da qarşı tərəf COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyun qaçırır. "Molde"nin ölkəyə qayıtdığı zamanı dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumunu əsas gətirərək ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

Bunu "Qarabağ" Futbol klubunun prezidenti Tahir Gozal bildirib.

O qeyd edib ki, hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdü: "Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlmişdir. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".